Qəfil raket hücumu niyə bugün başladı? - Bu ölkənin "əli" var
Həmasın qəfil raket hücumuna başlaması "niyə indi?" sualını önə çıxarır.
Milli.Az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı İsrail-Fələstin münaqişəsinə münasibət bildirərkən deyib.
O bildirib ki, diqqət üçüncü tərəfə, daha çox İranın üzərinə yönəlir.
"İsrail-Fələstin münaqişəsinin tarixi fonunda hərbi toqquşmanın istənilən vaxt baş verməsi təəccüblü deyil, lakin Həmasın qəfil raket hücumuna başlaması "niyə indi?" sualını önə çıxarır. Və diqqəti üçüncü tərəfə, daha çox İranın üzərinə yönəldir.
Xameneyinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi Həmasın hücumunu "nəcib əməliyyat" adlandırıb və qeyd edib ki, "İran qoşunları fələstinlilərlə çiyin-çiyinə" vuruşacaq".
Tehranın Həmas-İsrail müharibəsi və eskalasiyanın daha da genişlənməsində birdən çox marağı görünür:
- İsrail İrana müdaxilə üçün beynəlxalq koalisiyanın yaradılması istiqamətində işləyir: bu ilin əvvəlində İrana dron hücumlarından sonra İsrailin beynəlxalq koalisiya yaratmaq cəhdləri nəticə verməsə də, məsələ hələ də gündəmdədir; Tehranın buna cavab olaraq, İrana müdaxiləyə hazırlaşan İsraili öz evində müharibəyə cəlb etdiyini demək mümkündür;
- İsrail ərəb dünyası ilə problemlərin həlli istiqamətində çalışır, hərçənd, bu müharibə onun ərəb ölkələri ilə münasibətlərini kəskinləşdirəcək: bu, İrana qarşı mümkün cəbhənin qurulmasında İsrailə problemlər yarada, o cümlədən, İran-Səudiyyə münasibətlərinin normallaşması fonunda Tehrana ərəb dünyası ilə "Fələstin məsələsi" üzərindən birləşmək imkanı verə bilər;
- Müharibənin uzanması Türkiyə-İsrail münasibətlərini də gərginləşdirə və təkcə iki ölkənin yox, Bakı-Ankara-Təl-Əviv xəttində də çatlar yarada bilər: kiçik ehtimal kimi görünür, lakin İran bunun baş verməsini çox istəyir;
Müharibənin gedişində Hizbullah və Suriyada İrana bağlı qrupların da İsrailə qarşı hücuma keçməsi, üç cəbhədən - Qəzza, Livan və Suriyadan raket zərbələrinin eyni zamanda endirilməsi ssenarisi istisna deyil. Səfəvinin dediyi "İran qoşunları fələstinlilərlə çiyin-çiyinə döyüşəcək" sözləri də bununla bağlı ola bilər. İsrailə qarşı müharibədə İran üçün ən unikal ssenari budur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)





