Siyasət

Müharibə ətraf ölkələrə də sıçrayacaq - politoloq

7 Oktyabr 2023 16:58
Baxış: 2 330

Hücumun miqyasından aydın görünür ki, Həmas və ona dəstək verən mərkəzlər aylardır hazırlaşırmışlar

Milli.Az bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

"Həmas qruplaşmasının hücumu İsraili qəfil yaxalayıb. Halbuki, hücumun miqyasından aydın görünür ki, Həmas və ona dəstək verən mərkəzlər aylardır hazırlaşırmışlar. Necə olub ki, İsrail kimi hərbiyə və təhlükəsizliyə əhəmiyyət verən dövlətin hücum haqqında əvvəlcədən kəşfiyyat məlumatı olmayıb? Bundan başqa Həmas hücumda modern dronlardan istifadə edib, atdığı raketlər bir sıra hədəflərə dəyib, israilli genaral başqa olmaqla xeyli israilli hərbçi əsir götürülüb. Bir sözlə, barıt çəlləyi partlayıb, bölgə bir müddət qaranlığa qərq olunacaq, müharibə ətraf ölkələrə də sıçrayacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.