Siyasət

"Bunu belə edə bilməyənlər guya orada sülh masası quracaqlar"

4 Oktyabr 2023 17:45
Baxış: 672

Avropa liderlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüşə qatılmasına etirazları qəbuledilməzdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

"Avropa liderlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüşə qatılmasına etirazları qəbuledilməzdir. Fransa kimdir? Fransa ATƏT-in Minsk qrupu içərisində 30 il problemi həll etməyən ölkədir. O masada Fransa oturacaq, amma regionda sülh üçün töhfə verən Türkiyə olmayacaq. Təbii ki, bu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbuledilməzdir.

Qarabağ öz sahiblərinə qayıdıb. Bu gün Fransa diplomatiyası Ermənistanın işğalçı olduğunu dilə gətirmir. Bunu belə edə bilməyənlər guya orada sülh masası quracaqlar", - deyə Ö.Çelik əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib. Buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır. Belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.