İlham Əliyev və Mehriban Əliyeva Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərginin açılışında iştirak ediblər - VİDEO - FOTO
Oktyabrın 2-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev sərginin açılışında iştirak ediblər.
Sərginin rəmzi açılışını bildirən lentin kəsilməsindən sonra iştirakçı şirkətlərin stendləri ilə tanışlıq olub.
Məlumat verildi ki, 8 min kvadratmetr sahədə yaradılan sərginin pavilyonunda 36 ölkədən 150 şirkətin stendləri iştirakçılara təqdim edilir.
Dövlətimizin başçısı və birinci xanım Türk Kosmik Agentliyinin, Səudiyyə Ərəbistanının Kosmik Agentliyinin, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA), Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının, "Israel Aerospace Industries" şirkətinin, İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyasının, Çinin Astronavtika Cəmiyyətinin və digər şirkətlərin stendlərinə baxdılar.
Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Belə ki, Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub. Konqresin ümumilikdə 30-dan çox sponsoru var.
Konqresin "premium", "platinium", "qızıl", "gümüş" və "bürünc" sponsorluq paketlərini əldə edən şirkətlər arasında ABŞ-ın "Space X", "Axiom Space", "Blue Origin", "Boeing", "Lockheed Martin", "BlackSky" "Vast", "Northrop Grumman" şirkətləri, Çinin Astronavtika Cəmiyyəti, Türkiyənin Kosmik Agentliyi, "Plan S" texnologiya şirkəti, Səudiyyə Ərəbistanının Kosmik Agentliyi, "Israel Aerospace Industries" şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin Muhammed Bin Rəşid Kosmik Mərkəzi, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi, "ispace", "JGC Holdings Corporation", "Astroscale" şirkətləri, "Airbus" şirkətinin Almaniyadakı ofisi, Beynəlxalq Kosmik Rabitə Təşkilatı "İntersputnik", Portuqaliyanın "Neuraspace", Bolqarıstanın "EnduraSat", Avstriyanın "Asgardia Space", İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyası, Böyük Britaniyanın Kosmik Agentliyi, Amazonun "Kuiper" layihəsi, "Jet Propulsion Laboratory", "Voyager Space" şirkətləri yer alır.
Xatırladaq ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra "soyuq müharibə" dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il Federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
-
Qızıl ucuzlaşdı
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
-
Rusiya ordusunun itkiləri açıqlandı
-
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
-
Almatıda zəlzələ oldu
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
“JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - (Foto)
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
-
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
"Brent" bahalaşdı





