QAİ Ermənistan parlamentinin sədrini qınadı
Biz Ermənistan parlamentinin sədri Alen Simonyanın Avropa Şurası parlament rəhbərlərinin İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Konfransında etdiyi yalan və böhtan dolu çıxışını qınayırıq.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
"Əzabkeş cildinə girərək, "timsah göz yaşı" axıdan A.Simonyan öz çıxışında guya Ermənistanın demokratiya və insan hüquqlarına bağlı olduğu və bu səbəbdən də xarici təzyiqlərlə üzləşməsi təəssüratı yaratmağa çalışmışdır.
Xatırlatmaq istərdik ki, Ermənistanda heç vaxt demokratik və qanunun aliliyinə hörmət edən quruluş olmayıb. 2018-ci ildə əvvəlki cinayətkar rejimi çevriliş yolu ilə devirmiş hazırkı hökumət ideologiyası və siyasi xətti baxımından öz sələflərindən qətiyyən fərqlənmir. Müharibə caniləri Koçaryanın və Sarqsyanın millətçi və ksenofob ideologiyası, total etnik təmizləmə və ərazi ekspansiyası siyasətinin əlamətləri hələ də qalmaqdadır. "Qarabağ Ermənistandır. Nöqtə", "Yeni ərazilər uğrunda yeni müharibə" deyən, 2020-ci il məğlubiyyətindən dərs çıxarmayıb Qarabağa silah-sursat, əsgər göndərən, Qarabağ üçün "beynəlxalq mexanizm"dən dəm vuran, ordusunun qalıqlarını Azərbaycandan çıxarmaqdan imtina edən Paşinyan hökumətinin əməlləri hələ yaddaşlardadır. İndi bu hökumətin azı sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və sülhdən danışması, onun səmimi şəkildə peşman olub haqq yoluna gəlməsi ilə bağlı deyil, Azərbaycan tərəfinin beynəlxalq hüquq çərçivəsində atdığı qətiyyətli addımlar sayəsində mümkün olmuşdur.
Qarabağ bölgəsinin erməni sakinlərinin re-inteqrasiyası üçün bütün şəraiti yaratmış Azərbaycanı "etnik təmizləmə"də əsassız şəkildə ittiham etmək əvəzinə Simonyan, niyə Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlının qalmaması və Ermənistanın onların təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasına imkan verməməsinə dair izahat verməlidir.
Nəhayət, vurğulamaq istərdik ki, insan hüquqlarından dəm vuran A. Simonyanın II Qarabağ müharibəsində öz torpaqlarını Ermənistan işğalından azad edərkən həlak olmuş azərbaycanlı hərbi qulluqçuların fotolarını öz sosial şəbəkə hesablarında təhqiramiz ifadələr işlədərək yaymasını unutmamışıq.
Biz Ermənistan tərəfindən xarici dairələrin əlində alət olmaq kimi zərərli vərdişindən əl çəkməyi, davamlı sülh üçün yaranmış fürsəti lazımınca dəyərləndirməyi və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik", - bəyanatda vurğulanır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi





