Siyasət

Vaşinqtonun istədiyi olur - Kremli qıcıqlandıran addım...

23 Sentyabr 2023 13:11
Baxış: 1 692

Qarabağda anti-terror əməliyyatı Vaşinqtonun maraqlarına cavab verir

Milli.Az bildirir ki, bu sözlər politoloq Elxan Şahinoğlunun feysbuk hesabında qeyd olunub.

Politoloqun fikrincə Azərbaycanın uğurlu hərbi əməliyyatı və Qarabağın tamamına nəzarəti bərpa etməsi ermənilərin Rusiyaya nifrətini artırıb.

"ABŞ rəsmiləri və konqresmenlər Azərbaycanın anti-terror əməliyyatına qarşı açıqlamalar versələr də, Qarabağda anti-terror əməliyyatı Vaşinqtonun maraqlarına cavab verir. Çünki Azərbaycanın uğurlu hərbi əməliyyatı və Qarabağın tamamına nəzarəti bərpa etməsi ermənilərin Rusiyaya nifrətini artırıb, İrəvanda Rusiyanın hərbi bazasından imtina və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə şüarlar güclənib"

Politoloq bildirib ki, Vaşinqtona da elə bu lazımdır.

"Təsadüfi deyil ki, bu ərəfədə senator Cerri Pitersin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti Ermənistanda səfərdədir. Amerika heyəti Ermənistanın baş naziri Nikol Paşinyanı inandırmağa çalışacaqlar ki, ABŞ Rusiyanı əvəz etməyə hazırdır. Bu Kremli Ermənistan hökumətinə qarşı daha çox qıcıqlandıracaq."

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.