Siyasət

Azərbaycan Qarabağ ermənilərinə nələr göndərdi? - Peçenye, gigiyenik vasitələr...- FOTO

22 Sentyabr 2023 11:31
Baxış: 1 924

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə göndərilən qutularda un,digər ərzaq və gigeyenik məhsullar mövcuddur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.

Qutularda mövcud olan məhsullar:

- Un

- Çörək

- Peçenye

- Makaron

- Yağ

- Duz

- Düyü

- Mərcimək

- Diş məcunu

- Diş fırçası

- Sabun

- Konfet

Qeyd edək ki, yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.

Bundan öncə, 29 avqust tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Xankəndidə yaşayan erməni əhaliyə 40 ton yük göndərilsə də separatçılar yükün Xankəndiyə keçidinə imkan verməyib. Rusiya Qızıl Xaç Komitəsinin göndərdiyi yük isə bir neçə gün Azərbaycan ərazisində gözlədikdən sonra sentyabrın 12-də Xankəndiyə keçib. Bu gün isə ermənilər özləri Azərbaycandan yardım istəyir. Azərbaycanın lokal antiterror tədbirlərindən sonra bütün bu maneələr aradan qaldırılıb, separatçılar tərkisilah edildikdən sonra nəinki humanitar təşkilatların, hətta Azərbaycan şirkətlərinin yük avtomobilləri ermənilərin öz istəyi ilə mülki əhaliyə humanitar yardım aparır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.