Siyasət

Qarabağ Azərbaycanın daxili işidir - Slutski

20 Sentyabr 2023 18:30
Baxış: 969

Ermənistan Baş naziri Paşinyanın Qarabağla birlikdə Azərbaycan Respublikasının suverenliyini 86,6 min kvadrat kilometr ümumi ərazi üzrə tanımağa hazır olduğu barədə Praqada verdiyi məlum bəyanatı ayrıca diqqətə çatdırmaq istərdim.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski deyib.

"Yəni faktiki olaraq, Paşinyan təxminən bir il əvvəl Qarabağın Azərbaycan ərazisi olduğuna imza atdı və sonra bunu özü də bir neçə dəfə, o cümlədən Qərb mediasına müsahibələrində təkrarladı. Ermənistanın hazırkı rəhbərliyinin bu mövqeyi, əslində, Bakıya Qarabağdakı vəziyyəti Azərbaycandaxili münaqişə kimi şərh etməyə əsas verə bilər", - o bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.