ABŞ-ı Cənubi Qafqazda Fransanın üzləşdiyi aqibət gözləyir - İlqar Orucov
ABŞ-nın demokratiya pərdəsi altında sərgilədiyi siyasətin acı nəticələrini dünya ictimaiyyəti və müdrik Azərbaycan xalqı yaxşı bilir. Ərəb ölkələrində reallaşdırdığı rəngli inqilablar, terrorla mübarizə adı altında həyata keçirdiyi işğalçılıq siyasəti bu gün Əfqanıstanı, İraqı, Liviyanı, Suriyanı, Misiri və digər ərəb ölkələrini faktiki olaraq siyasi böhran, xaos, vətəndaş müharibəsi, sonu bəlli olmayan bədbəxtçiliklə üz-üzə qoymuşdur. ABŞ hərbçilərinin qeyd olunan ölkələrə təcavüzü zamanı mülki əhaliyə divan tutmasını, aşağılamasını, işgəncəyə məruz qoymasını əks etdirən foto və videogörüntülər yaxın keşmişi əks etdirən tarixi faktlardır. Cağdaş dünyada yeni hərbi və milli konfliktlərin, müharibələrin də ssenariləri məhz ABŞ-da yazılır. Təəssüf ki, Ukraynanın müharibəyə sürüklənməsi də ABŞ-ın "əməyi" sayəsində baş tutmuşdur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.

"Torpaqlarımızın 30 illik işğal altında olduğu dövrdə də biz ABŞ-ın fərqli mövqeyini görmədik. ABŞ özünü haqqın, ədalətin, insan hüquqlarının təminatçısı kimi göstərsə də, ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə bir milyondan artıq soydaşımızın doğma yurd-yuvalarından didərgin salınmasına, iyirmi faiz torpaqlarımızın işğalına, işğal altında olan ərazilərimizdə Ermənistanın cinayətkar siyasi rəhbərliyi tərəfindən terrorçuların hazırlanması məqsədilə istifadəsinə dair heç bir addım atmamış, biganə və seyrçi münasibəti ilə yadda qalmışdır. Görünən odur ki, ABŞ da Fransa kimi bölgədə sülhün və birgəyaşayışın təmin olunmasında maraqlı olmamış və bu gün də maraqlı deyildir.
Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında səfərbər olaraq 44 günlük savaşda qazandığı möhtəşəm zəfəri də bir çox dövlətlər həzm edə bilmirlər. Dünya birliyi tərəfindən tanınan sərhəddlərimiz daxilində antiterror əməliyyatları, sərhəd keçid məntəqələrinin bərpası suveren Azərbaycan dövlətinin haqq işidir və bunun üçün bizim kimsədən icazə almaq öhtəliyimiz də yoxdur. Üçtərəfli sazişə müvafiq olaraq Laçın dəhlizindən yalnız humanitar məqsədlər üçün istifadə nəzərdə tutulsa da, Ermənistanın Laçın yolundan mina və hərbi sürsatlar daşımaq, ermənilərin yaşadığı Xankəndi və ətraf ərazilərdə mövcud olan terrorçuların silahlanması məqsədilə istifadə etmələrinə "sülh təminatçısı" ABŞ-ın reaksiyası olubmu? 30 illik işğal dövründə dağıdılmış, daşı daş üstə qalmayan şəhər və kəndlərimizin aqibəti, tarixi abidələrimizin, dini inanc yerlərimizin məruz qaldığı vandalizmə bəlkə münasibət ifadə olunub? Bəlkə həmin ərazilərin ekoloji tarazlığının pozulmasına, ərazinin minalarla çirklənməsinə, yüzlərlə mülki əhalimizin mina qurbanına çevrilməsinə dair bircə cümlədən ibarət münasibət ifadə edilib? Təbii ki, olmayıb və yuxarıda qeyd etdiyimiz kimi bölgədə sülhün bərpasında maraqlı olmayan ABŞ-ın məsələyə ədalətli yanaşması ola da bilməzdi.
Azərbaycannın suveren hüquqları ilə bağlı məsələlərdə qərar verən Azərbaycan xalqı və dövlətidir. Hüquqi, mənəvi haqqı olmayan ABŞ və Fransa kimi dövlətlərin bu kimi məsələlərə müdaxiləsini birmənalı olaraq biz qəbul etmirik və etməyəcəyik. Qarabağ iqtisadi rayonunda yaşayan dinc ermənilər Azərbaycan əhalisidir və onların problemlərinin həllinə, təhlükəsizliyinin təmin olunmasına digər bölgələrimizdə yaşayan əhalimizə göstərilən diqqət və qayğı qədər münasibət göstəriləcəkdir. ABŞ-ın erməni əsilli Azərbaycan vətəndaşlarına münasibəti Aralıq dənizi sularında batırdıqları suriyalı qaçqınlardan üstün ola bilməz.
Bunu yaxşı anlayan ABŞ Ermənistanla münasibətlərimizdə mövcud vəziyyətdən istifadə edərək öz çirkin missiyasını Cənubi Qafqazda reallaşdırmaqla bölgəni "ikinci Suriya"ya, Ermənistanı isə "Ukrayna"ya çevirmək istəyir. Onlar unudurlar ki, Azərbaycan xalqı kifayət qədər müdrik xalqdır və onun xaricdən demokratiya idxalına ehtiyacı yoxdur. ABŞ-ın Cənubi Qafqazda çirkin siyasi məqsədlərinin aqibətini Fransanın bölgədə üzləşdiyi aqibət gözləyir. Onlar bilməlidir ki, müdrik xalqımız, vətəndaş cəmiyyəti öz dövlətinin, prezidentinin arxasındadır və heç bir xarici qüvvə bu birliyə müdaxilə edə, xələl gətirə bilməz", - deyə İlqar Orucov bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)





