Siyasət

SOCAR-ın vitse-prezidentləri dəyişdi

28 İyul 2023 17:28
Baxış: 3 374

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) beş vitse-prezidenti vəzifəsindən azad edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Yaşar Aydın oğlu Lətifov, Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov, Xalik Rəfi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad olunub.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamlarla Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov, Fuad Bəkir oğlu Musayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin ediliblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.