Siyasət

"Bakı, İrəvan və Moskvanı bir-birinə qarşı qoymaq istəyirlər"

28 İyul 2023 07:40
Baxış: 1 231

Ermənistana, Rusiyaya və Azərbaycana düşmən olan qüvvələr bu ölkələri bir-birinə qarşı qoymaq üçün vəziyyəti gərginləşdirməyə çalışırlar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İsrailin "Nativ" kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yakov Kedmi deyib.

"Onlar bu və ya digər şəkildə təxribat törədərək vəziyyəti gərginləşdirməyə çalışırlar. Bu da nə Ermənistana, nə Rusiyaya, nə də Azərbaycana sərf edir. Ancaq bu cür hərəkət edənlər regiondakı xalqların və ölkələrin maraqlarını yox, tamam başqa maraqları rəhbər tuturlar".

Kedmi bildirib ki, 2020-ci ildəki müharibədən sonra vəziyyətin sabitləşdirilməsi üçün böyük addımlar atılıb:

"Hazırki mövcud problemlər texniki xarakter daşıyır. Onları həll etmək olar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.