Siyasət

Babayan ermənilərə SƏSLƏNDİ: “Biz Azərbaycanla danışıqlar aparmalıyıq”

27 İyul 2023 06:45
Baxış: 1 553

"İkitərəfli ticarətə həm Ağdamdan, həm də Qorisdən başlamaq lazımdır, bu, istəsək də, istəməsək də baş verəcək. Qarabağa şarla enənlər fikirləşirlər ki, nümayişlə fərq yarada bilərlər, amma dünyada hər gün bəlkə də 200 min insan aclıqdan ölür və beynəlxalq ictimaiyyət buna fikir vermir". 

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bunu qondarma rejimin keçmiş "müdafiə naziri", Vahid Vətən Partiyasının rəhbəri Samvel Babayan jurnalistlərə açıqlamasında bildirib. 

O, erməni xalqını vasitəçilərdən əl çəkməyə çağırıb:

"Biz dar ağacına getdiyimizi düşünməməliyik. Biz vasitəçilərsiz orta yol tapa bilərik. Sadəcə gənclərin hər şeyi başa düşməsi üçün vaxt lazımdır. Sadəcə, onların başa düşmələrini istəyirəm. Azərbaycanla danışıqlar aparmalıyıq". 

"Dünya üçün bu hərəkətlərin heç bir əhəmiyyəti yoxdur və Azərbaycan Türkiyənin dəstəyi ilə irəliyə gedəcək. Niyə insanlara həqiqəti deməyək ki, müharibəni uduzduqda, oyunun qaydalarını qəbul etməli və özünə gəlməyə çalışmalısan", - deyə Babayan qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.