Prosesləri uzatmaq cəhdləri regionu yeni eskalasiya ilə üz-üzə qoyur
Ötən gün Moskavada Azərbaycan və Ermənistan və Rusiya xarici işlər nazirləri arasında keçirlən görüşdə Ermənistan tərəfi əsas diskurs mövzusunu müzakirə etməkdənsə, diqqəti Laçın yoluna cəlb etməyə cəhd göstərib.
Bu barədə Trend-in sualalrını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
"Lakin, Azərbaycan Moskvada baş tutan XİN rəhbərləri arasında dialoq zamanı mühüm məqsədinə çatıb, daha dəqiq desək Ermənistan, Rusiya və Azərbaycan XİN başçıları məhz Qarabağın Azərbaycan ərazisi olduğunu və orada yaşayan ermənilərin gələcək hüquqlarının məhz respublikamızın qanunları çərçivəsində həll olacağı barədə razılığa gəliblər. ( Ermənistan öhdəlik götürüb).
Eyni zamanda dialoq zamanı tərəflər məhz Ermənistan hökumətinin separatçılara Bakı ilə dialoqa başlamaq üçün təsir etməyin lazımlığı barəsində razılığa gəliblər. Bu isə o deməkdir ki, məhz Paşinyan Xankəndidə oturan dialoqdan imtina edən separatçıları Azərbaycan hökuməti ilə dialoqa razı salmalıdır.
Bundan başqa, hər iki tərəfin azərbaycanlıların və ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsi qabardılıb. Bu isə o deməkdir ki, qaçqın düşmüş azərbaycanlıların qayıdışı bizim tərəfimizdən növbəti dəfə diskursa çıxardılıb. Azərbaycan tərəfi bir daha qeyd edib ki, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyini konstitusiyaya uyğun reallaşdıracaq və heç bir əlavə hüquq mezanizmlərindən söhbət getmir", -deyə o bildirib.
Politoloq əlavə edib ki, rəsmi Bakı bir daha Laçında keçid- sərhəd məntəqəsinin legitim əsaslarla fəaliyyət göstərdiyini və Qarabağdan erməni terrorçularının çıxarılmasının zəruriliyini qabardıb.
"Xatırladım ki, Azərbaycanın əsas tələbi sülh müqaviləsinin mətnində konkret Qarabağın ərazimiz olmasının həkk edilməsidir. Digər mövzular fikir yayındırır və ikinci dərəcəlidir. Rəsmi Bakının bu və bundan əvvəlki görüşlərdə əldə etdiyi üstünlük ondan xəbər verir ki, sülh prosesinə xələl gətirən separatçıların və onların hərbi- terrorçu birləşmələrinin beynəlxalq hüquqa zidd addımları qarşısında Azərbaycanın manevr imkanları genişlənir.
Bakı real nəticələr tələb edir! Müxtəlif tərəflərin prosesi 2025 - ci ilə qədər uzatmaq cəhdləri isə, region üçün mümkün eskalasiya deməkdir" - deyə o vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)





