"Bu, Ermənistan üçün vəziyyəti gərginləşdirə bilər"
Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər Nazirlərinin Moskva görüşündə nəticə əldə olunduğunu demək çətindir. Bu sadəcə müzakirələrin davamı oldu, çünki bir neçə formatda bu müzakirələr aparılır.
Bunu Trend-ə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
E.Şahinoğlu bildirib ki, görüşdən sonra Azərbaycan və Ermənistan XİN rəhbərləri müzakirələrin aparıldığını qeyd etdilər, lakin görünən o oldu ki, yekun nəticə hələ də əldə olunmayıb.
İndiki mərhələdə tərəflərin sülhə çox yaxın olduğunu demək çətindir. Ermənistan rəhbərliyi sözdə Azərbaycan ərazi bütövlüyünü tanıdığını desə də, bu faktın sənəd üzərində əks olunması ilə razılaşmır. Belə olan halda da Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Ermənistan rəhbərliyi sülh müqaviləsinin imzalanması məsələsini yuvatmaqla öz ölkəsi üçün vəziyyəti gərginləşdirə də bilər. Ermənistan baş naziri Nikol Paşinyan çıxışlarında müsbət mesajlar versə də, ümumilikdə prosesin sürətləndirilməsi üçün nəsə etmir.
Əgər Ermənistan sülh müqaviləsini imzalamasa, Azərbaycan nəsə itirməyəcək. Azərbaycan Qarabağda öz vətəndaşlarının təhlükəsizliyini təmini üçün lazımı tədbirlər görməyə tam haqqı var", - deyə E.Şahinoğlu əlavə edib.
Qeyd edək ki, 25 iyul tarixində Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyanın üçtərəfli görüşü keçirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
-
Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur
-
Prezident İlham Əliyev: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
-
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik edib
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
XƏBƏR LENTİ
-
Kartofun cücərməsinin qarşısını alan saxlama üsulu: Həftələrlə təzə qalır
-
Ən inqilabçı bürclər
-
Bəxtiniz bağlanıbsa tez yatağın altına baxın
-
Ozan Güven “Aşk-ı Memnu”nun “Behlül”ü ola bilərmiş
-
Zəncirbənddəki kiçik metal parça nə işə yarayır? Çoxu səhv istifadə edir
-
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
-
Günün qoroskopu: Daxili səsinizə güvənin
-
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
-
Suraxanıda maşın yandı - (Video)
-
Kutsi 3-cü dəfə ailə qurdu - (Foto)
-
Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib - (Foto)
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)
-
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - (Video)
-
Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
-
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
-
Xırdalanda külək dam örtüyünü maşınların üzərinə uçurdu
-
17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur
-
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
-
Metroya yaxın ərazilərdə evlər bahalaşdı - (Video)
-
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - (Video/Foto)
-
PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək
-
Qızının uğuru Gülayı ağlatdı - (Video)
-
Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur





