Siyasət

İlham Əliyev: Azərbaycan və Misir xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir

23 İyul 2023 11:56
Baxış: 556

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı - İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: "Xalqlarımızı ənənəvi dostluq münasibətləri birləşdirir. Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir".

Prezident İlham Əliyev xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq münasibətlərinin birgə səylərlə bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.