Siyasət

İlham Əliyev: “Demokratiya və Milli Birlik Günü” Türkiyə dövlətçiliyinin tarixində böyük şərəf günü olaraq qalacaq

15 İyul 2023 11:09
Baxış: 622

Türkiyədə 15 İyul hadisələrinin yeddinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev 15 İyul hadisələrinin ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubunda ifadə edib.

Məktubda deyilir: "Türkiyə Respublikasına qarşı yönəlmiş bu xain plan ölkənizin tarixində çətin sınaq idi. Bu sınaqdan alnıaçıq və üzüağ çıxan Türkiyə xalqı bütün dünyaya iradəsinin sarsılmazlığını, mətinliyini, dövlətçiliyə və demokratiyaya sadiqliyini bir daha bariz şəkildə nümayiş etdirdi. Həmin ağır gündə çiyin-çiyinə vermiş Türkiyə xalqı və dövlətinin qətiyyəti sayəsində, şəhidlərimizin qanı və canı bahasına əldə edilmiş bu zəfər xalqınızın bənzəri olmayan mübarizlik və yenilməzlik ruhunu, Vətənə sevgisini təsdiq etdi. Həmrəyliyin və milli birliyin rəmzi olaraq təsis olunmuş "Demokratiya və Milli Birlik Günü" Türkiyə dövlətçiliyinin tarixində böyük şərəf günü olaraq qalacaqdır".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.