Siyasət

Tanınmış səyyahlar İstisu və Laçında olublar - FOTO

15 İyun 2023 20:32
Baxış: 566

İşğaldan azad olunmuş ərazilərdə dördgünlük səfərdə olan məşhur səyyahlar Kəlbəcər rayonunun Zülfüqarlı kəndində yerləşən İstisuda olublar.

Milli.Az report-a istinadən xəbər verir ki, səyyahlara İstisu və işğal zamanı ermənilərin torpaqlarımızda, o cümlədən, Kəlbəcərdə törətdikləri vəhşiliklər barədə məlumat verilib.

Daha sonra səyyahlar Laçın şəhərinə gəlib, burada aparılan tikinti-quruculuq işlərinin şahidi olub, Laçına köç edən ailələrlə söhbət ediblər.

Qeyd edək ki, iyunun 14-də dünya şöhrətli səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri başlayıb. Nümayəndə heyəti 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcək.

Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.