Siyasət

İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir

1 İyun 2023 21:20
Baxış: 622

Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan Prezident İlham Əliyevə məktub göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri, cənab Prezident!

Azərbaycanın Müstəqillik Gününün 105-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına "ACWA Power" şirkətinin adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycanın etibarlı və sadiq tərəfdaşı kimi dayanıqlı inkişafa, enerji transformasiyasına və iqtisadi tərəqqiyə nail olmaq üçün ölkənizin davamlı səylərinə dəstək göstərməkdən dərin iftixar hissi duyuruq. Azərbaycan ilə strateji tərəfdaşlığımız qarşılıqlı inam, hörmət və parlaq gələcək üçün ortaq baxış üzərində qurulub.

Sizə və Azərbaycan xalqına davamlı uğurlar və xoşbəxtlik arzulayıram. Qoy, Azərbaycanın müstəqilliyi əbədi olsun!

Bu əlamətdar bayram münasibətilə ən səmimi arzularımı və təbriklərimi qəbul etməyinizi xahiş edirəm".

XXX

İraq Respublikası Nümayəndələr Şurasının üzvü, İnsan hüquqları komitəsinin sədri Erşat Salihi Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Tarix boyunca qəhrəmanlıqlar yurdu olan Azərbaycanın 28 May - Müstəqillik Günü münasibətilə Sizi - "Daim irəli" şüarını söyləyən Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Azadlıq mübarizəsində çətin yollardan keçən, şəhidlər verən qəhrəman Azərbaycan işğal altındakı torpaqlarını düşmən tapdağından azad edərək adını tarixin baş səhifəsinə qızıl hərflərlə yazdırdı. Qarabağ Zəfərinin qəlbimizdə doğurduğu iftixar hissi ilə Azərbaycanın bugünkü inkişafında və müstəqilliyinin möhkəmlənməsində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin xatirəsini sonsuz ehtiramla yad edirik.

Sizə və qardaş Azərbaycan xalqına firavanlıq, yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıram".

XXX

İraq Türkmən Cəbhəsinin sədri Həsən Turan Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Zati-alinizi, dost və qardaş Azərbaycan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə və ölkənizə rifah, əmin-amanlıq və davamlı tərəqqi arzulayırıq.

Azərbaycanlı qardaşlarımıza salamlarımızı və sevgilərimizi çatdırırıq".

XXX

Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tani Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Zati-alinizə davamlı uğurlar və firavanlıq, qardaş xalqınıza isə tərəqqi və rifah arzulayıram".

XXX

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Njupuo Yap Mariatu Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Zati-aliləri, cənab Prezident!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, Azərbaycan xalqına tərəqqi və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycanla Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasındakı yüksək səviyyəli əməkdaşlıqdan məmnunam. 2023-cü il mayın 18-19-da ölkənizə rəsmi səfərim zamanı Zati-alinizlə məhsuldar görüş keçirmək şərəfinə nail oldum.

Mən mülki müdafiə sahəsində tərəfdaşlığımızın perspektivlərini möhkəmləndirmək istiqamətində işləmək əzmində olduğuma Sizi əmin edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.