Siyasət

Naxçıvan Dövlət Miqrasiya Xidməti ləğv edildi

23 May 2023 17:05
Baxış: 1 083

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu Prezident İlham Əliyevin imzaladığı fərmanla "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"də əksini tapıb.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" sərəncama əsasən isə Naxçıvan regional miqrasiya baş idarəsi yaradılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.