Siyasət

Sahibə Qafarova Birləşmiş Krallığa işgüzar səfərə gedib

4 May 2023 20:14
Baxış: 720

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya kralı III Çarlzın tacqoyma mərasimində iştirak etmək məqsədilə mayın 4-də bu ölkəyə işgüzar səfərə gedib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Londonun "Luton" beynəlxalq hava limanında Azərbaycan parlamentinin rəhbərini Kralın nümayəndəsi Ruth Bell, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin təmsilçisi Nik Karter, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.