Siyasət

İlham Əliyev: Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti var

3 May 2023 20:20
Baxış: 494

Zəngəzur dəhlizinin böyük potensialı var. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmiryolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, "Bir kəmər, bir yol" layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda çıxışında söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti var. Çünki biz daha böyük həcmdə yüklərin olmasını gözləyirik və marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.