Siyasət

Prezidentin köməkçisi Balaxanı qəsəbəsində rus icmasının nümayəndələri ilə görüşüb

19 Aprel 2023 16:37
Baxış: 1 130

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki rus qəbiristanlığına baxış keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Z.Nağdəliyev yerində sakinlərlə, o cümlədən rus icmasının nümayəndələri ilə görüşüb.

Tapşırığa uyğun olaraq ərazidə abadlıq işlərinə başlanılıb, su xəttinin çəkilməsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib, sındırılmış məzar daşlarının yenisi ilə əvəz olunmasına, habelə mühafizə məqsədilə qəbiristanlığın hasarlanmasına qərar verilib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb və araşdırmaya başlanılıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.