Rusiya Bakını HƏDƏLƏDİ - Kreml Qarabağı işğal edəcəyinin MESAJINI VERDİ
Rusiya üçün İrəvan hər halı ilə Moskvaya Bakıdan bir neçə köynək daha yaxındır. Rusiya hakim elitasında belə bir fikir formalaşıb ki, Ermənistan olmasa, Rusiya da Cənubi Qafqazda mövcud olmayacaq. Bu səbəbdən Moskva İrəvanın hər kaprizinə dözmək məcburiyyətindədir. Kreml nə Ermənistandan imtina edəcək, nə də onu özündən küsdürəcək daha artıq addımlar atacaq.
Bu fikirlər Moskvada bir neçə gün öncə Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasındakı mətbuat konfransında da bir daha öz təsdiqini tapdı. Belə ki, Ermənistan xarici işlər naziri A.Mirzoyan növbəti dəfə ölkəmiz əleyhinə təxribatçı açıqlamaları ilə diqqət mərkəzinə düşdü. Doğrudur, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada görüşən və ortaq mətbuat konfransında ölkəmiz əleyhinə təxribatçı açıqlamalar verən Mirzoyan barədə bəyanat yaydı, onun ağzının üstündən vurdu. Amma öyrəşmişə töbə yoxdur.
Həmin mətbuat konfransında digər diqqət çəkən məqam Rusiya XİN rəhbərinin adı ilə bağlıdır. Sergey Lavrov Ararat Mirzoyan kimi olmasa da dolayısı ilə Azərbaycanı hədələyib. Konkret desək, Lavrov erməni həmkarlından geri qalmayıb. Rusiya XİN rəhbərinin Donbasla "Dağlıq Qarabağ" arasında paralellər apararaq azlıqların dil, mədəniyyət və digər hüquqlarının qorunması vacibliyini bildirməklə, rəsmi Bakıya mesaj göndərmək istəyib ki, əgər gələcəkdə Qarabağdakı etnik ermənilərin hüquqlarını tapdalayacaq hansısa bir neqativ addım görəcəyimiz təqdirdə Qarabağın dağlıq hissəsinin də taleyi Donbasın taleyini yaşayacaq.
Görünür, Lavrov eyni zamanda bunu demək istəyib ki, Ukrayna Donbasa guya vəd etdiyi hüquqları vermədiyinə görə həmin bölgə Rusiyanın "ixtiyarına" keçib. Mirzoyan və digər erməni rəsmilərinin mövqeyi bəllidir. Sülh prosesinə əngəl olmaq üçün Ermənistan tərəfi bütün manipulyasiya imkanlarını işə salıb.
Lakin ən narahatedici məqam və əsas təhlükə "hər yerdə Donbass" yaratmaq istəyən təfəkkür sahibi olan Moskvadır. Rusiya mümkün qədər Azərbaycanı təzyiq altında saxlamaq üçün erməni amilini bu zamana kimi istifadə etdiyi kimi bundan sonra da faydalanmaq niyyətindədir. Amma Moskva bilməlidir ki, öz ərazisində hansı hüquqlar əsasında, hansı qanunlar çərçivəsində addım atacağını Azərbaycan özü bilər. Azərbaycanın daxili işinə heç kimin qarışmaq ixtiyarı yoxdur. Necə ki, bunu rəsmi Bakı etmir. İstər Ermənistan, istərsə də onun havadarları anlamalıdırlar ki, Azərbaycan Ukrayna deyil.
Rusiya Fransa və İran kimi Azərbaycanın daxili işlərinə qarışmaqdansa, yaxşısı budur 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərə sadiq qalsın, bölgəyə yerləşdirilən sülhməramlı kontingentinə ona verilən səlahiyyətlərdən sui-istifadə edib, səlahiyyət çərçivəsini aşmasın, qeyri-qanuni işlərlə məşğul olmasın. Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə gizli yollarla Ermənistandan Qarabağa hərbi daşımaların həyata keçirilməsi üçtərəfli bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır və bu qəbuledilməzdir. Moskva Azərbaycanın Rusiya hərbi kontingentinin bu özbaşınalığına göz yumacağını, görməzdən gələcəyini düşünürsə, yanılır.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Bu olsa, Kənan Yıldız "Real"a transfer olunacaq
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib





