Üçtərəfli bəyanatda Moskvanın Qarabağla bağlı təminat verdiyi qeyd olunmayıb - Rusiya qəzeti Paşinyanı təkzib edir
Rusiyanın "Kommersant" qəzetində Ermənistanın baş naziri Nikol Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata dair sözlərini təkzib edən məqalə dərc olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, məqalədə qeyd yazılana görə, dünənki mətbuat konfansında Paşinyanın Qarabağda təhlükəsizliyin qarantının Rusiya Federasiyası olduğuna dair tezisi "yetərincə gözlənilməz" səslənib.
"Qeyd etmək lazımdır ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Rusiya tərəfindən Qarabağla bağlı təminata dair heç bir xatırlatma yoxdur", - materialda deyilir.
Məqalədə Paşinyanın Ermənistanın təkcə Rusiyaya bel bağlaya bilməyəcəyinə dair sözlərinə istinad olunur.
"Biz qeyd etməliyik ki, mövcud təhlükəsizlik arxitekturası işə yaramadı. Dürüst olmaq lazımdırsa, biz onun işə yaramayacağını bilirdik", - deyən Paşinyan öz hakimiyyətinin "hərbi-siyasi sferada çox sayda digər ölkələrlə əməkdaşlığı tənzimləməyə çalışdığını" etiraf edib. O inandırıb ki, Moskva bu cəhdlərdən xəbərdardır.
Bununla belə, Nikol Paşinyanın fikrincə, 2020-ci ilin payızında Ermənistan müttəfiqləri tərəfindən yetərincə kömək almadığı üçün deyil (halbuki o daha əvvəl bu faktora dəfələrlə eyham vurmuşdu), orduda "beşinci kolon fəaliyyət göstərdiyi" üçün məğlub olub. O söhbətin məhz kimdən getdiyini konkret olaraq göstərməyib", - qəzetdə yazılır.
Daha sonra "Kommersant" yazır: "Nikol Paşinyan "beşinci kolon" olaraq görünür, erməni əsilli nüfuzlu rus media menecerləri Marqarita Simonyan və Aram Qabrelyanovu, həmçinin Dövlət Dumasının deputatı Konstantin Zatulini hesab edir.
O jurnalistin sualını cavablandırarkən bu insanların Ermənistana girişinin həqiqətən qadağan olunduğunu ilk dəfə təsdiqləyib. "Ermənistan suveren dövlətdir və özünə qarşı hörmət gözləmək, maraqlarına qarşı qəsdlərin qarşısını almaq üçün suveren vasitələr tətbiq etmək hüququna malikdir", - o açıqlayıb. - O cümlədən xalq tərəfindən seçilmiş hakimiyyətə qarşı hörmət nümayiş etdirilməlidir". Söhbət Azərbaycanla sülh sazişi üzrə danışıqlara gəldikdə isə Paşinyan aydınlıq gətirib ki, qərb formatlı tənzimləməyə sadiqdir və qısa müddətdə rus formatına keçidi gözləməyə dəyməz", - materialda deyilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov





