Siyasət

Bolqarıstan iki ildə beşinci parlament seçkilərinə gedir

24 Yanvar 2023 22:28
Baxış: 299

Bolqarıstan Prezidenti Rumen Radev 48-ci parlament hökuməti formalaşdıra bilmədiyi üçün aprelin 2-də növbədənkənar ümumi seçkilər keçirmək qərarına gəlib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Radev yaydığı fərmanla fevralın 3-dən parlamenti buraxacağını açıqlayıb.

Bolqarıstanda 2 oktyabr 2022-ci ildə keçirilən sonuncu növbədənkənar ümumi seçkilərdən sonra qurulan parlamentdə 7 siyasi partiya var idi. Bu partiyalardan üçü etimad səsi ala biləcək koalisiya hökuməti qura bilməyib.

Qeyd edək ki, Bolqarıstanda son 2 ildə 5-ci dəfə növbədənkənar ümumi seçkilər keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics