Siyasət

İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb - VİDEO

18 Yanvar 2023 11:46
Baxış: 1 403

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Carlsberg Group" şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşü olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə "Carlsberg Group" şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə edildi. Azərbaycanda aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri qeyd olundu.

Şirkətin Azərbaycanda arpa emalını 100 faiz lokallaşdırdığı, pivə istehsalında istifadə olunan arpanın emalının lokallaşdırılmasının isə yaxın vaxtlarda 100 faizə çatdırılacağı bildirildi.

Söhbət zamanı Azərbaycanda pivə istehsalında istifadə olunan arpanı emal edəcək yeni zavodun 2024-cü ilin yanvarında fəaliyyətə başlamasının və ölkəmizdə yeni investisiyaların yatırılmasının nəzərdə tutulduğu vurğulandı.

Kes t`Hart Azərbaycanda "Carlsberg Group" şirkətinin fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.