Siyasət

“Türkiyəyə sadiq qalırıq” - İsveçin Baş naziri

17 Yanvar 2023 07:55
Baxış: 480

"NATO-ya üzvlüklə bağlı Türkiyə ilə memoranduma sadiq qalırıq".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson bildirib.

"Türkiyə ilə danışıqlar prosesində ciddi dəyişikliklərin olduğunu düşünmürəm. İsveç və Finlandiya Madriddə Türkiyə ilə imzalanmış razılaşmalara əsasən öhdəliyi yerinə yetirir", - deyə Kristersson vurğulayıb.

Qeyd edək ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etməsi üçün bu ölkələrin 130-a yaxın terrorçunu Türkiyəyə ekstradisiya etməsi şərti tələb olunur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.