Siyasət

Bakı ev yiyəsinin kim olduğunu göstərir - İsgəndəryan

26 Dekabr 2022 23:42
Baxış: 1 377

Yol açılacaqmı? Bu konkret problemin həlli üçün nəsə baş verəcəkmi? Məncə, bəli.

Milli.Az yenipress.az-a istinadla xəbər verir ki, bu sözləri erməni politoloq Aleksandr İsgəndəryan deyib.

O bildirib ki, azərbaycanlıların Qarabağdakı erməni icmasını "acından öldürmək" niyyəti yoxdur:

"Azərbaycan sadəcə ev sahibinin kim olduğunu göstərmək istəyir və rus sülhməramlıların daha bir səlahiyyətini əlindən alır".

İsgəndəryanın fikrincə, azərbaycanlıların aksiyası Qarabağ ermənilərinə deyil, sülhməramlılara qarşı yönəlib:

"Hesab etmirəm ki, bu, çox davam edəcək - danışıqlar gedir, həm də çox sıx gedir. Ancaq bu, heç də o demək deyil ki, belə bir hadisə sonuncudur".

Ekspert bu addımı Azərbaycanın strategiyası adlandırıb və bildirib ki, Bakı Ermənistana, Rusiyaya və Qarabağdakı ermənilərə müxtəlif vasitələrlə təsir etməyə davam edəcək:

"Hələlik Ermənistanda, Rusiyada və "Qarabağ"da (separatçılar nəzərdə tutulur - red.) vəziyyət dəyişməyəcək, ancaq Bakı bu addımlara davam edəcək, diplomatik, ictimai, hərbi təzyiqi davamlı tətbiq edəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.