Siyasət

Sülhməramlılar Şuşa-Xankəndi yolundakı vəziyyətin həlli ilə bağlı təkliflər verdi

18 Dekabr 2022 09:04
Baxış: 2 158

Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti Şuşa-Xankəndi yolundakı vəziyyətin həlli ilə bağlı Ermənistan və Azərbaycana təkliflər verib və hazırda tərəflərin cavablarını gözləyir.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazilriyi məlumat yayıb.

Məlumata görə, sülhməramlılar otuz müşahidə məntəqəsində gecə-gündüz vəziyyətə və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Kontingentin müvəqəti məsuliyyət zonasında heç bir pozuntu və ya təxribat qeydə alınmayıb.

Həmçinin, bildirilir ki, Şuşa-Xankəndi avtomobil yolunda, sülhməramlıların 7 saylı postu ərazisində vəziyyət dəyişməyib.

Qeyd olunur ki, Rusiya sülhməramlılarının komandanlığı təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlayır.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.