Siyasət

Azərbaycan Prezidenti: Biz Birləşmiş Ərəb Əmirlikləri ilə dostluq münasibətlərinə xüsusi əhəmiyyət veririk

2 Dekabr 2022 11:17
Baxış: 628

Biz Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətlərimizə xüsusi əhəmiyyət veririk.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana ünvanladığı təbrik məktubunda deyilib.

"Ötən otuz illik dövr ərzində dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr möhkəmlənmiş, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf etmişdir", - Azərbaycan Prezidenti vurğulayıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.