Siyasət

"Bu ölkələri vuraq – Qərb heç nə deməyəcək"

29 Noyabr 2022 08:38
Baxış: 2 182

NATO açıq-aydın deyir ki, Rusiyanı məhv etməliyik, bəs Kreml hansı səbəbə əsaslanaraq özünü bu qədər təmkinli aparır? Rusiya niyə düşmənlərinə qarşı sərt tədbirlər görmür?

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov öz verilişinin ("Vladimir Solovyovla axşam") efiri zamanı deyib.

"Ukraynaya rəsmi olaraq silah-sursat göndərən dövlətlərə qarşı sərt tədbirlər planı hazır olmalıdır. Ukraynaya silah daşıyan bütün yük obyektləri - təyyarələr, qatarlar, yük maşınları və sair hərbi nişana çevrilməlidir. Mən ümumiyyətlə hesab edirəm ki, günü sabah Polşa ərazisində yerləşən hava limanını vurmalıyıq. Ora yerlə bir olmalıdır. Rumıniyada da hərbi baza var. Oraya da bir-iki raket atılmalıdır. Bu hərbi hədəfləri vursaq da, Qərb bizə heç nə deməyəcək - Ukrayna raketlərinin Polşa ərazisinə düşməsi söhbətində olduğu kimi. Qərb bunu da kiminsə üstünə atacaq", - deyə o qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics