Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar antiterror əməliyyatları ilə bağlı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana məruzə edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, Türkiyə mediası məruzənin təfərrüatını açıqlayıb.
Bildirilir ki, məruzədə H.Akar ABŞ-ın "Buraya girməyin, bu bizim nəzarətimizdədir" xəbərdarlığı etdiyini, buna baxmayaraq, əməliyyatın aparıldığını vurğulayıb.
Bundan başqa, "Pəncə-Qılınc" hava əməliyyatında həm Rusiyadan, həm də ABŞ-dan istənilən dəstəyin verilmədiyi də vurğulanıb.
Akar təqdimatında hava əməliyyatları ilə bağlı son vəziyyəti çatdırıb və ən qısa zamanda quru əməliyyatının həyata keçiriləcəyini bildirib.
Milli.Az