Qazaxıstanda növbədənkənar seçkilər: Tokayev alternativsiz namizəddir – TƏHLİL
Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevdən başqa seçkilərdə altı namizəd iştirak edir. Digər iştirakçılar az tanınan ictimai xadimlər olduqlarından əsas diqqət Tokayevə yönəlib. Qalib gələn namizəd yeddi il ərzində əsas dövlət postunu tuta biləcək.
Mövzu ilə bağlı "Kaspi" qəzetində təhlil yazısı yayımlanıb.
İlk dəfə eks-prezident Nursultan Nazarbayevin təsiri olmadan keçirilən seçkilərlə Tokayev etimad mandatı əldə etməyi və mövqeyini gücləndirməyi hədəfə alıb. "Mənim üçün dövlətin maraqları hər şeydən üstündür" deyən Tokayevin prezident kimi birdəfəlik yeddi il müddətinə seçilmək təklifi iyunun əvvəlində keçirilən ümumxalq referendumunda təsdiqlənib. Onun prezidentliyi dövrü islahatlar və modernləşmə dövrü kimi xarakterizə edilir. Tokayevdən gözləntilər çoxdur. Ölkə mürəkkəb durumdadır. Bir tərəfdən Rusiya, digər tərəfdən Qərbin təzyiqləri ilə üz-üzədir. Önəmli olan digər mühüm bir fakt Qazaxıstanın Türk Dövlətləri Təşkilatında yüksək səviyyədə təmsil olunması, türk dünyasına inteqrasiyaya üstünlük verməsidir.

Prezidentlik kampaniyasına gəldikdə, seçkilərə "Ədalətli Qazaxıstan: Hamı üçün. İndi və həmişəlik" şüarı ilə gedən Tokayev ədalətli Qazaxıstan qurmağı özünün əsas missiyası hesab etdiyini bildirib. İlkin olaraq prezidentliyə 12 namizədin irəli sürüldüyü elan edilsə də, kifayət qədər obyektiv səbəblərdən yalnız 6 nəfər qeydə alınıb. Qazax və rusiyalı politoloqlar qeyd edirlər ki, bir tərəfdən Tokayev bilərəkdən seçki prosesindən uzaqlaşır, digər tərəfdən, bu gün Qazaxıstanda həqiqətən də Tokayevin real alternativi yoxdur, onun siyasətinə inam və dəstək yüksək səviyyədədir. Nə müxalifət, nə klan, nə də iri biznesin xarici sahibləri Tokayevə meydan oxuya biləcək alternativ bir fiqur irəli sürə bilmədilər. Təəccüblü deyil ki, bütün diqqət üç parlament partiyasının, veteranların, gənclərin, könüllülərin, həmkarlar ittifaqlarının və biznes təşkilatlarının daxil olduğu Xalq Koalisiyası tərəfindən irəli sürülən hazırkı prezidentə yönəlib.
Yeri gəlmişkən, müstəqillik tarixində Qazaxıstan prezidentliyinə namizədlərin üçüncü teledebatı keçirilib. Tokayevi parlamentin aşağı palatasının sədri Yerlan Koşanov təmsil edib. Yalnız Yerlan Koşanov və Soltanat Tursunbekova proqramlarının əsas məqamlarını qazax və rus dillərində təqdim ediblər. Namizədlərdən Karakat Abden, Jiqulu Dairbayev və Nurlan Auesbaev öz proqramlarını ancaq qazax dilində təqdim ediblər. Tokayevin adından vədlər verən vəkili korrupsiyaya qarşı amansız mübarizə, 3 milyondan çox insanı işlə təmin edilməsini, həmçinin kiçik və orta biznesin inkişafı üçün rahat şərait yaradılacağını vəd edib. "Kasım-Jomart Tokayev deyib ki, o, bu proqramı ürəyi ilə yazıb və ümid edirik ki, bu, bütün qazaxıstanlıların qəlbində əks-səda verəcək", - deyə Koşanov vurğulayıb. Onun sözlərinə görə, yeddi il ərzində ölkədə 111 milyon kvadratmetr mənzil tikiləcək, hər şeydən əvvəl gənc ailələr evlə təmin ediləcək. Biznesin inkişafı üçün rahat şərait yaradılacaq, "ədalətli, proqnozlaşdırıla bilən vergitutma ilə" yeni Vergi Məcəlləsi qəbul ediləcək. Ölkənin siyasi sisteminə köklü şəkildə yenidən baxılacaq, ədalət təmin olunacaq, sosial məsələlər sistemli şəkildə həll olunacaq, uşaq bağçası, məktəb və yataqxana çatışmazlığı keçmişdə qalacaq.

Politoloq, ictimai xadim, Qazaxıstan Prezidenti yanında Milli Qurultayın üzvü Daniyar Aşımbayev sosial şəbəkədəki səhifəsində qeyd edir ki, "Tokayev cəmiyyətlə dialoqa, fikir plüralizminə və fikir müxtəlifliyinə əsaslanan dövlət inkişafının yeni vektorunu qoyur. Bir tərəfdən, Tokayev güclü, təcrübəli üçdilli natiq və istedadlı publisistdir, bir neçə kitabın müəllifidir, özü çıxışları, məqalələri və mesajları üzərində işləyir. Digər tərəfdən, prezident populizmə yaddır və ictimai rəylə flört etməyə çalışmır. Tokayev dərin intellektli, metodik, sakit, düşüncəli və yaxşı yumor hissi olan insandır".
Tokayev sonuncu bəyanatlarından birində ölkələrin ərazi bütövlüyünü dəstəklədəyini bəyan edib ki, bu da ciddi rezonans doğurub. Çünki o, bu bəyanatı Rusiya Ukraynada qəsbkarlıq müharibəsi apardığı bir vaxtda verib. Tokayev bildirib ki, Qazaxıstan bütün ölkələrin suverenliyini və ərazi bütövlüyünü ehtiva edən BMT Nizamnaməsini tam dəstəkləyir: "Bu prinsip bizim ölkəmizin maraqlarına tam uyğundur. Biz bu prinsipə xüsusilə diqqət yetirməliyik".

O vurğulayıb ki, Qazaxıstan "Qərbi və Şərqi, habelə Şimalla Cənubu birləşdirir" və buna görə də Mərkəzi Asiya ölkələri ilə dünyanın başqa hissələri arasında əməkdaşlığa ciddi diqqət yetirməlidir. Əlavə edib ki, Qazaxıstanı Azərbaycandan keçməklə Türkiyə ilə birləşdirəcək beynəlxalq nəqliyyat marşrutu Türk Dövlətləri Təşkilatı üçün prioritet olmalıdır. Tokayev Rusiyanın Ukraynaya səbəbsiz və əsassız müdaxiləsini rəsmən nə pisləyib, nə də dəstəkləyib. Lakin o, bu ilin əvvəllərində demişdi ki, Qazaxıstan Ukraynada Rusiya tərəfindən dəstəklənən Luqansk və Donetsk separatçılarını heç vaxt tanımayacaq. Yeri gəlmişkən, Qazaxıstan hökuməti son illər bəzi etnik rusların əhval-ruhiyyəsindən də narahatdır. Bu səbəbdən də xaricdən vətənə dönən etnik qazaxların çoxunu Rusiya sərhədinə yaxın şimal bölgələrində yerləşdirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)





