Siyasət

Azərbaycan İsraildə və Fələstində səfirliklər açır

18 Noyabr 2022 12:08
Baxış: 1 148

Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.

Milli.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.

Azərbaycanın Fələstində isə Təmsilçilik Ofisi təsis ediləcək.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.