Siyasət

Azərbaycanın dövlət başçısı Latviya prezidentini təbrik edib

18 Noyabr 2022 10:33
Baxış: 797

Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Latviya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Latviya münasibətlərinin hazırkı yüksək səviyyəsi məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.