Siyasət

İsrail ABŞ-ın təzyiqi ilə Ukraynaya yardım edir

17 Noyabr 2022 22:27
Baxış: 839

İsrail ABŞ-ın təzyiqi ilə Ukraynaya strateji texnikaların tədarükünə razılaşıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bir neçə həftə öncə ABŞ nümayəndələri İsrail hakimiyyətinə Ukraynaya yardımla bağlı müraciət ediblər. Belə ki, rəsmi Vaşinqton administrasiyası İsraildən Kiyevin hava hücumundan müdafiə sistemləri verməsini istəyib. İsrail tərəfi isə əvvəlcə milli maraqlarını əsas gətirərək bu müraciəti qəbul etməyib.

İsrailin Baş naziri Yair Lapidin başda olmaqla İsrail hökuməti bu məlumatı təsdiqləyib, lakin Nazirlər Kabineti rəsmi şərh verməkdən yayınıb.

Məlumata əsasən, nəticədə İsrail strateji texnikaların verməsinə razı olub. Buna isə milyonlarla dollar məbləğində vəsait sərf edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.