Siyasət

İranda SEPAH-ın polkovniki güllələndi - FOTO

25 Oktyabr 2022 22:27
Baxış: 1 536

İranın Sistan-Bəlucistan vilayətində SEPAH-ın 3 hərbçisi naməlum şəxslərlə atışmada öldürülüb.

Bu barədə SEPAH-ın cənub-şərqi qərargahının məlumatında deyilir.

"Bir neçə dəqiqə əvvəl "Salman" bölməsinin əməkdaşları olan polkovnik Mehdi Mollaşaxi və "Bəsic" əməkdaşı Cavad Keyxa Zahedan şəhərinin Parastar meydanında naməlum şəxslərin silahlı hücumu nəticəsində öldürülüblər", - deyə bildirilib.

Məlumata görə, SEPAH hərbçiləri işdən evə qayıdan zaman avtomobildə olan şəxslər "Kalaşnikov"dan onları atəşə tutub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.