Siyasət

Ukraynada müharibədə ölən uşaqların sayı açıqlandı

25 Oktyabr 2022 08:50
Baxış: 750

Ukraynada gedən müharibə nəticəsində 430 uşaq həlak olub, 820 uşaq yaralanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin milli polis rəisi İqor Klimenko feysbuk hesabında məlumat yayıb.

O qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan indiyədək itkin düşmüş 6915 uşaq tapılıb, daha 236 uşaq isə axtarışdadır.

"Biz itkin düşmüş 6915 uşaq tapdıq. 236-sı hələ də axtarışdadır. Ümumilikdə, atəş və hərbi əməliyyatlar nəticəsində 430 uşaq ölüb, 820 uşaq yaralanıb", - Klimenko əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.