Siyasət

İrəvana gələn Qazaxıstan nümayəndə heyətindən - Ağlasığmaz addım

20 Oktyabr 2022 21:29
Baxış: 1 689

Ermənistan və Qazaxıstan Müdafiə Nazirlikləri arasında ikitərəfli əməkdaşlıq çərçivəsində oktyabrın 17-dən 19-dək Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Polisinin nümayəndə heyəti İrəvanda olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətinin üzvləri Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi Aşot Zakaryan tərəfindən qəbul edilib.

Həmsöhbətlər ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı bir sıra məsələləri müzakirə edərək, belə görüşlərin əhəmiyyətini vurğulayıblar.

Səfər çərçivəsində Qazaxıstandan olan nümayəndə heyəti İrəvandakı qondarma erməni soyqırımı abidəsini ziyarət edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.