Siyasət

İran Rusiya ilə yeni sazişin nə vaxt imzalanacağını açıqladı

18 Oktyabr 2022 22:52
Baxış: 890

İranın xarici işlər naziri Rusiya ilə yeni hərtərəfli əməkdaşlıq sazişinin nə vaxt imzalanacağını açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yeni sənədin mövzusu sentyabrda Rusiya və İran liderləri arasında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənd sammiti çərçivəsində keçirilən danışıqlarda müzakirə olunub.

Belə ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiaan bildirib ki, rəsmi Tehran və Moskva 2022-ci ilin sonuna qədər hərtərəfli əməkdaşlıq sazişi imzalayacaq:

"Bu müqavilə ilin sonuna qədər Tehranda və ya Moskvada imzalanacaq".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Səmərqənddə iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə İranla yeni saziş üzərində işin son mərhələdə olduğunu deyib. Onun sözlərinə görə, Moskva ilə Tehran arasında əməkdaşlıq müsbət inkişaf edir və ticarət dövriyyəsi artır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.