Bakının qərarı Ermənistan ilə Rusiyanı üz-üzə qoya bilər - İrəvan BƏDƏL ÖDƏYƏCƏK
"Ermənistanın iki ölkə arasındakı ziddiyyətləri beynəlmiləlləşdirmək cəhdi ilk növbədə danışıqlar prosesində Ermənistanın düşdüyü vəziyyətlə bağlıdır".
Bunu Milli.Az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Fuad Çıraqov deyib.

O bildirib ki, Bakının razılığı olmadan hər hanslı bir sülhməramlı qüvvənin Azərbaycanla sərhəddə yerləşdirilməsi mümkün deyil:
"Artıq Ermənistan görür ki, istər Brüssel formatı ilə, istər Moskva formartı ilə heçnəyə nail ola bilmir. Azərbaycan hər iki formatda diplomatik olaraq Ermənistanı dalana dirəyib. Buna görə də rəsmi irəvan danışıqlar prosesini pozmaq və münaqişəni beynəlmiləlləşdirmək üçün bu addımları atır. Format dəyişilərsə digər oyunçular Ermənistana yardım edə bilər və əgər yeni formatlar yaranarsa, bu zaman Ermənistanın mövqeləri də yaxşı təmin oluna bilər. Görünən isə odur ki, Ermənistanın bu cəhdləri əbəs yerədir.
Ermənistan birtərəfli şəkildə öz ərazisində istənilən ölkənin silahlı qüvvələrini yerləşdirə bilər. Bu, onun suveren hüququdur. Bununla bağlı hesab edirəm ki, Azərbaycanın hər hansısa bir etirazı yoxdur. Bunun üçünsə ilk növbədə sərhədlərin delimitasiyası, demarkasiyası həyata keçirilməlidir ki, dəqiq bilinsin bu iki ölkənin sərhədləri haradadadır.
Bu prosesdən sonra buna uyğun olaraq da Ermənistan öz sərhədlərində hansı ölkənin sülhməramlılarını və yaxud da ki, silahlı qüvvələrini nəzarət üçün yerləşdirmək istəyirsə, özü bilər. Bu, həm də Ermənistanın acizliyini göstərir ki, o öz sərhədlərini suveren, müstəqil dövlət kimi qoruya bilmir.
Azərbaycan-Ermənistan sərhəddində Ermənistanın birtərəfli şəkildə istəyi ilə sülhməramlılar deyil, yalnız Ermənistan tərəfindən hansısa bir ölkənin silahlı qüvvələri yerləşdirilə bilər. Bununla bağlı onlar hansısa bir sülhməramlı mandata sahib olmayacaqlar. Çünki həmin o qüvvələrin sülhməramlı mandatı alması üçün eyni zamanda Azərbaycanın razılığı olmalıdır. Azərbaycan isə bununla bağlı hər hansı bir razılıq və yaxud mövqe ortaya qoymayıb. Azərbaycan özü öz sərhədlərini müstəqil şəkildə qoruya bilir.
Ermənistanın başqa bir dövlətin ordusunu sərhədlərini qorumaq üçün dəvət etməsi məsələsinə Rusiyanın reaksiyası necə olacaqsa, bu, yenə də İrəvan və Moskva arasındakı münasibətlərə bağlıdır. İndiyənə qədər Ermənistan ərazisində Rusiya silahlı qüvvələri, hərbi bazası var idi. Ermənistanın İran və Türkiyə ilə sərhədlərini də Rusiya sülhməramlıları qoruyurdu. İndi bura üçüncü hər hansısa bir ölkənin silahlı qüvvələrinin gətirilməsi İrəvan-Moskva, əgər bu qoşun Fransanın silahlı qüvvələri olacaqsa, Parislə üçtərəfli münasibətlərinin mövzusudur".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)
-
Bu həftə həyatınızda gözlənilməz hadisələr baş verə bilər - Sevgi, pul, karyera
-
Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü
-
Bu qoç 1 milyon dollara satıldı
-
"Ali Rza" bəy aktrisanın dəfnində ağladı - (Video)
-
Azərbaycanda bu institut ləğv edildi - Qərar
-
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb - (Foto)
-
Bakıda "Formula 1" bahalaşması: günlük evlər 600 manat olacaq
-
Bakıda iki bağça fəaliyyətə başladı
-
Azərbaycan Qran-Prisinin rəsmi yarış cədvəli açıqlandı
-
Bu universitetlərdə dərslər onlayn keçiriləcək
-
Britaniyada hava nəqliyyatında yeni problem - Reyslər ləğv edilir
-
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
-
Tramp Pezeşkianla görüşə bilər - ABŞ Prezidenti açıqladı





