Siyasət

Türkiyədə Anım Günü münasibətilə tədbir keçirilib - FOTO

28 Sentyabr 2022 14:00
Baxış: 1 546

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq üzrə fəaliyyət planına əsasən, qardaş ölkənin Hərbi Dəniz Donanmasında təcrübə keçən hərbi qulluqçularımızla 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib. 

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə ulu öndərlər Heydər Əliyev və  Mustafa Kamal Atatürkün, eləcə də hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Mərasimdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixindən, bu cür əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyindən, həmçinin igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb. 

Sonda xatirə şəkili çəkdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.