Siyasət

"Qarabağ demokratiya mahnıları ilə təslim oldu, Ermənistan sülh nəğmələri ilə" - Aşotyan

24 Sentyabr 2022 23:26
Baxış: 1 434

"Qarabağ demokratiya mahnıları ilə təslim edildi, Ermənistan isə sülh haqqında mahnılara təslim edilir".

Milli.Az konkret.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının (ERP) sədr müavini Armen Aşotyan bu gün "Daimi müharibə" mövzusunda müzakirə zamanı bildirib.

O bildirib ki, 2018-2020-ci illər ərzində Nikol Paşinyan Rusiyanın Cənubi Qafqazda daha az təmsil olunması üçün hər şeyi edib.

"2020-ci ilə qədər regionda yaranmış bu geosiyasi boşluğu Türkiyə doldurdu və bəli, Nikol Paşinyan öz axmaq siyasəti ilə Türkiyəni Cənubi Qafqaza, Qarabağa dəvət etdi və bu acı həqiqətdir", - deyə Aşotyan bildirib.

Onun sözlərinə görə, yalançı demokratiya haqqında qışqıran Nikol Paşinyan Qarabağı təslim edib.

"Qarabağ demokratiya haqqında mahnılara təslim oldu, 2020-ci ildən sonra isə Ermənistan sülh haqqında mahnılara təslim edilir", - o deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics