Siyasət

Kadırov Putinin qərarına qarşı çıxanları hədələdi: "Dərhal..."

24 Sentyabr 2022 19:06
Baxış: 1 025

Çeçenistan lideri Ramzan Kadırov prezident Vladimir Putinin səfərbərlik qərarına qarşı çıxanları hədələyib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Putinin 300 min ehtiyatda olan hərbçinin səfərbər edilməsi əmrindən sonra Kadırov küçələrə çıxanlara qarşı bu ifadələri işlədib.

Çeçenistan lideri bildirib ki, bəzilərinin qismən səfərbərlik haqda qərara qarşı çıxmağın lazım olduğunu yazırlar:

"Bu şəraitdə heç kim Putinin qərarını müzakirə etməməli, sadəcə əməl etməlidir. Ona görə də hamınızı bu gülünc nümayişlərdən uzaq durmağa çağırıram".

Kadırov etirazlara qatılanları "xalq düşməni" adlandırıb və əməliyyatın keçirildiyi torpaqlarda rus kişilərinin lazım olduğunu müdafiə edib.

Qeyd edək ki, Rusiyada qismən səfərbərlik qərarına reaksiya verən və ölkəni tərk etmək istəyənlərin sayında da artım müşahidə olunur. Dünən Moskva Domodedovo hava limanından Antalyaya gedən təyyarənin son oturacağının 650 min 859 rubla, yəni təxminən 11 min dollara (200 min TL) satıldığı açıqlanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.