Siyasət

Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır

22 Sentyabr 2022 22:54
Baxış: 753

"Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu ölkənin Baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışı zamanı deyib.

"Regiondakı çətin vəziyyətə baxmayaraq, biz qonşular arasında münasibətlərin yaxşılaşdırılması üçün səylərimizi əsirgəmirik", - Gürcüstan hökumətinin başçısı bildirib.

O, həmçinin qeyd edib ki, iyul ayında Gürcüstanda ilk dəfə olaraq Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında məhsuldar müzakirələr keçirilib.

"Regionumuzda bu qədər vacib olan sülh və sabitliyin bərqərar olması üçün dialoq mərkəzi kimi qəbul olunmağa hazırıq. Bu məqsədlə Gürcüstan Cənubi Qafqazın hər üç ölkəsinin iştirakını nəzərdə tutan sülhsevər qonşuluq təşəbbüsünə öz töhfəsini verir", - Baş nazir qeyd edib.

Baş nazir qeyd edib ki, bu təşəbbüs hər hansı digər əməkdaşlıq formatlarını əvəz etmir və ya ziddiyyət təşkil etmir.

"Gürcüstan regional münasibətlərin normallaşmasına kömək edəcək vicdanlı vasitəçi olmağa ümid edir", - Qaribaşvili vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics