Siyasət

200 hərbi əsirin mübadiləsi oldu - İbrahim Kalın

22 Sentyabr 2022 07:55
Baxış: 754

Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə özünün "Twitter" səhifəsində Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın yazıb.

"Rusiya və Ukrayna arasında Türkiyənin vasitəçiliyi ilə 200 hərbi əsirin mübadiləsi baş tutub.

Prezidentimizin intensiv diplomatik fəaliyyəti nəticəsində baş tutan bu mübadilə ölkəmizin apardığı sülh diplomatiyasının ən mühüm nəticələrindən biridir.

Türkiyə hər zaman sülhün tərəfdarıdır", - deyə İ.Kalın bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.