Siyasət

Rusiya hərbi səfərbərliyə hazırlaşır

20 Sentyabr 2022 23:18
Baxış: 1 472

Rusiya hakimiyyəti hərbi səfərbərlik həyata keçirməyə hazırlaşır.

Bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

O, deyib ki, Rusiya Ukraynanın nəzarətində olan və olmayan ərazilərində psevdoreferendum keçirəcək. Qeyd edək ki, bu gün Rusiya Dövlət Duması "səfərbərlik", "hərbi vəziyyət" və "müharibə vaxtı" anlayışlarını Cinayət Məcəlləsinə daxil edən dəyişikliklər qəbul edib.

Yeni dəyişikliklərə əsasən, hərbi təlimlərə çağırılmış ehtiyatda olan Rusiya vətəndaşları hərbi xidmətdən yayınmağa görə müqaviləli əsgərlər və çağırışçılarla bərabər əsasda cinayət məsuliyyəti daşıyacaqlar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.