Siyasət

Ukrayna Xarkovda 30-dan çox yaşayış məntəqəsini azad etdi

10 Sentyabr 2022 08:40
Baxış: 563

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin şərqindəki Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsinin Rusiya qoşunlarından geri alındığını açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Zelenski bu haqda sosial media hesabından paylaşım edib.

Ukrayna ordusu, kəşfiyyatı və təhlükəsizlik xidmətinin müxtəlif əməliyyat istiqamətlərində aktiv fəaliyyətlərini uğurla davam etdirdiyini bildirən Ukrayna Prezidenti, "Silahlı Qüvvələr Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad edərək nəzarətə götürüb" qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.