Siyasət

Almaniya Ukraynaya silah yardımı etməyəcək

1 Sentyabr 2022 08:50
Baxış: 679

Almaniya Ukraynaya silah yardımı edilməsinin artıq mümkün olmadığını açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Almaniyanın müdafiə naziri Kristin Lambrext açıqlama verib.

"Müdafiə naziri kimi etiraf etməliyəm ki, Almaniya Silahlı Qüvvələri Ukraynanı silahla təmin edə bilməyəcək", - nazir bildirib.

Rusiyaya qarşı müdafiə məqsədi ilə Almaniya Silahlı Qüvvələrinin ehtiyatlarından Ukraynaya silah yardımı edildiyini bildirən Lambrext, yardımların davam edəcəyi təqdirdə "Almaniya Silahlı Qüvvələri milli və müttəfiqlik müdafiəsini təmin etməkdə problemlər yaşaya bilər" deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.