Siyasət

Vladimir Putin Mehriban Əliyevanı təbrik edib

25 Avqust 2022 20:08
Baxış: 2 913

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz dövlətlərimiz arasında bu il müttəfiqliyin yeni səviyyəsinə çıxan münasibətlərin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Əminəm ki, bir çox istiqamətlər üzrə ikitərəfli konstruktiv əlaqələr, xalqlarımızın dostluğu bundan sonra da möhkəmlənəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və uğurlar arzulayıram. Səmimi salamlarımı İlham Heydər oğluna və bütün ailənizə çatdırmağınızı xahiş edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.